13:54, 22 May 2018 (Çərşənbə axşamı) 113

Taliban azı 10-dan çox əfqan polisi öldürüb

Taliban azı 10-dan çox əfqan polisi öldürüb


/ DÜNYA
Əfqanıstan rəsmiləri Taliban silahlı qruplaşmasının şərqi Qəzni vilayətində azı 14 polis əməkdaşını öldürdüyünü bildirir.

Vilayət şurasının üzvü Hassan Reza Yusufi-nin sözlərinə görə, yeddi polis Dih Yak bölgəsində qətlə yetirilib. Onların arasında rayonun polis rəisi də var.

Daha yeddi polis isə Jağatu rayonunda öldürülüb.

Hücumların mayın 21-də axşamdan başlanaraq bu gün də davam etdiyi bildirilir.

Talibanın sözçüsü qruplaşmanın hücumlar üçün məsuliyyəti götürdüyünü qeyd edib. Zabihullah Mujahid Jağatu rayon qərargahının. Eləcə də Dih Yakda polis məntəqələrinin ələ keçirildiyini iddia edib.

Mayın 15-də Qəzninin beş rayonunda azı 21 polis əməkdaşı öldürülmüşdü.