Siyasət

Taleh Bağırzadə Ali Məhkəməyə müraciət edib

20 Noyabr, 2017
671
"Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və "Nardaran işi" üzrə onlarla birlikdə mühakimə olunan daha 13 nəfər Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu haqda AzadlıqRadiosuna Nardaran məhbuslarının vəkillərindən Fariz Namazlı məlumat verib.

Bu cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 18 nəfərdir. Onlardan 15-nin kassasiya şikayətlərini vəkillər Yalçın İmanov, Fəxrəddin Mehdiyev, Nemət Kərimli və Fariz Namazlı təqdim edib. Qalan üç nəfər Nardaran məhbusu – Şamil Abduləliyev, Rasim Cəbrayılov və Cabbar Cabbarovun hüquqlarını isə Elçin Sadıqov və Zibeydə Sadıqova müdafiə edir.

Nardaran məhbuslarının kassasiya şikayətlərinə nə vaxt baxılacağı hələlik məlum deyil.

T.Bağırzadə və onunla birlikdə mühakimə olunan daha 16 nəfər 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat nəticəsində həbs olunub. Onlarla birgə məhkəmə önünə çıxarılmış F.Qəhrəmanlı isə Facebook səhifəsində Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə 2015-ci il dekabrın 8-də saxlanılıb.

T.Bağırzadə və onunla birlikdə həbs olunanlar qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və başqa maddələrlə ittiham olunurlar. Amma onlar ittihamları rədd edirlər. Bildirirlər ki, onların heç birində silah olmayıb, namaz qıldıqları vaxt polislər evə hücum edərək atəş açıblar.

Nardaran məhbusları məhkəmədə bildiriblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırzadə və onun müavini Abbas Hüseynovun hər birinə 20 il, Cabbar Cabbarova 19, Rasim Cəbrayılova 17, F.Qəhrəmanlı və Ramin Yarıyevə 10, qalan 12 nəfərə isə 14 il 6 ay həbs cəzası verilib. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo