13:28, 04 Aprel 2018 (Çərşənbə) 412

Tacikistan-Qırğızıstan sərhədində toqquşma

Tacikistan-Qırğızıstan sərhədində toqquşma


/ DÜNYA
Aprelin 4-də Qırğızıstanın Batken regionunun və onunla sərhəd, Tacikistanın İsfara bölgəsinin qubernatorları görüşəcəklər. Bundan öncə iki ölkə arasındakı mübahisəli əraziyə yaxın yerdə qırğız və tacik sakinlər toqquşublar.

Batken regional administrasiya rəsmiləri aprelin 4-də AzadlıqRadiosu-na deyiblər ki, bir gün öncəki toqquşmadan sonra iki nəfər xəstəxanaya yerləşdirilib. Səbəb bir qırğız qadının sərhədin mübahisəli hissəsində, evinin arxasında hasar çəkməyə çalışması olub.

Qadın qonşu tacik kəndindən etirazları gözardı edib və onlar bir-birinə daş atmağa başlayıblar.

Etiraz edən təxminən 50 nəfəri sakitləşdirməyə çalışan sərhədçi ağır yaralanıb.

Orta Asiyada sərhəd zonalarda oxşar toqquşmalar tez-tez baş verir.