10:37, 08 Avqust 2018 (Çərşənbə) 119

Tacikistan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Tacikistan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb
Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-11-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Radio Ozodi" Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat verib.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra yeni sənədlərin imzalanması planlaşdırılır.

Tacikistan Prezidentinin Azərbaycanın Baş naziri və parlament sədri ilə görüşlər keçirəcəyi də gözlənilir.
 
Tacikistan və Azərbaycan arasında hüquqi bazaya ticarət, iqtisadiyyat, bank, vergi, mədəniyyət və investisiya sahələrində 30-dan çox əməkdaşlıq sazişi daxildir.