Mayın 25-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, gənclər və idman komitələrinin birgə iclasında "Yol hərəkəti haqqında” qanunda dəyişiklik layihəsinə baxılıb.
AZƏRTAC-ın xəbərinə görə, qanun layihəsinə görə, idarəetmə hüququ bu yaşlardan verilir:
– velosiped və ya arabanı 14 yaşdan
– asma mühərrikli velosipedi, mopedi və "A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 16 yaşdan
– "A”, "B”, "C”, kateqoriyalarına, "B1” və "C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 18 yaşdan
– "BE” kateqoriyasına və "C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 19 yaşdan (müvafiq olaraq "B” və ya "C” kateqoriyasına (o cümlədən "C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərti ilə)
– "CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini 21 yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərti ilə)
"D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və "D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 23 yaşdan (65 yaşadək, habelə "B”, "C” və ya "C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərti ilə)
"D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini 25 yaşdan (65 yaşadək, habelə "D” kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərti ilə)
"DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini 26 yaşdan (65 yaşadək, habelə "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi üç ildən az olmamaq şərti ilə).
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.