22:25, 07 Yanvar 2017 (Şənbə) 89

Suriyada partlayış nəticəsində yaralananların sayı 110 nəfərə çatıb - YENİLƏNİB

Suriyada partlayış nəticəsində yaralananların sayı 110 nəfərə çatıb - YENİLƏNİB
23 yaralı Türkiyənin Kilis bölgəsinə göndərilib

Suriyanın şimalında, Hələb əyalətinin Aazaz şəhərində törədilən partlayış nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış zamanı 60 nəfər ölüb.

Qeyd edək ki, şəhərdə minalanmış avtomobil partladılıb.