Dünya

Suriya muxalifəti Astana görüşlərinə qatılmağı dayandırdı

3 May, 2017
767
Suriyanın hərbi müxalifəti Qazaxıstanın paytaxtı Astanada keçiriləcək toplantının ilk günündə görüşlərə qatılmaqdan imtina edərək oteli tərk ediblər. 

Toplum.tv xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Hama və Deradakı hava hücumları və təklif etdiyi ağır şərtlər olub. 

Daha sonra mətbuata açıqlama verən muxalifət nümayəndələri Rusyanın Suriyada Hama və Dera rayonlarında həyata keçirdiyi hava hücumlarının qəbuledilməz olduğunu bildiriblər: "Biz toplantıya münaqişənin dayandırılması ümidi ilə qatıldıq. Amma aydın görünür ki, bu məsələdə Rusiyanın niyyəti yaxşı deyil". 

Müxalif mənbələr Rusyanın toplantıda təqdim etdiyi şərtlərin də çox ağır olduğunu vurğulayıblar. 

İki gün davam edəcək Astana görüşündə Türkiyəni xarici işlər nazirliyinin nümayəndəsi  Sedat Önal, Rusiyanı Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiev, İranı xarici işlər nazirlinin köməkçisi Hüseyin Cabiri Ənsari, Suriya hərbi müxalifətini Məhəmməd Alluş təmsil edəcək. 

Bəşər Əsəd rejiminin təmsilçisi isə Bəşər Caferidir. 

Görüşlərə BMT Suriya xüsusi nümayəndəsi Staffan de Mistura, ABŞ xarici işlər nazirliyinin Yaxın Şərq işlərində cavabdeh nazir köməkçisi Stüart Conson da qatılıb.

Qara Məhəmmədoğlu
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo