10:10, 17 Aprel 2018 (Çərşənbə axşamı) 87

Suriya dövlət televiziyası raketlərin vurulduğunu bildirir

Suriya dövlət televiziyası raketlərin vurulduğunu bildirir
Suriya dövlət televiziyası bildirir ki, ölkənin havadan müdafiə sistemləri aprelin 16-da axşam Shayrat aerodromununu hədəfə alan raketləri vurub.

Raketləri Homs regionu üzərinə kimin atdığı açıqlanmasa da, dövlət televiziyası bu hərəkəti "aqressiya” adlandırıb.

"Reuters” Pentaqonun sözçüsü Eric Pahon-a istinadla yazıb ki, "hazırda bu ərazidə Birləşmiş Ştatlar hərbi fəaliyyətlə məşğul deyil”.

Aprelin 14-də ABŞ, Britaniya və Fransa Suriyaya 100-dən çox raket buraxıb, üç şübhəli kimyəvi silah obyektini hədəfə alıb.

Suriyayla müttəfiqi Rusiya bu hərəkəti suveren dövlət üzərinə təcavüz adlandırıb.

Raket zərbələri Dəməşq yaxınlığındakı Duma şəhərinə şübhəli qaz hücumuna cavab olaraq endirilib. Ümumdünya Səhiyyə Təşkilatı həmin zərbələrdə 43 nəfərin zəhərlənmə simptomlarıyla öldüyünü bildirib.

Suriya hökuməti ölkə ərazisindəki qaz hücumlarına görə heç bir məsuliyyət daşımadığını bildirib.

 
azadliq.org