Sosial

Süpürgəçi qadın: “Bu ölkədə yaşamaq istəyirsənsə, gərək dincəlməyəsən”

14 Avqust, 2018
2412
Aygün xanımın 48 yaşı var. O, Sabunçu rayonunda yaşayır. Ailəlidir, 2 övladı və həyat yoldaşı ilə birlikdə Bakıxanov qəsəbəsində iki otaqlı evdə qalır. Yoldaşı 55 yaşındadır, yataq xəstəsidir. 14 il öncə iflic keçirib. O zamanadək bir müəssisədə mühasib kimi fəaliyyət göstərib. Bir qızı və bir oğlu var. Hazırda qızı 25, oğlu 23 yaşındadır. Oğlu əqli cəhətdən problemlidir. Övladlarının hər ikisi də subaydır.

"Vaxtilə hər gün qapımda bitən adamlar o gündən sonra evimizin ünvanını unutdular...”

Aygün xanım 14 ildir ki,  küçə təmizləməklə məşğuldur. 9 il məktəbdə çalışıb, 5 ildir də məhəllədə süpürgəçi işləyir.  Əlində bir sənəti olmadığına görə başqa iş də görə bilmir:
"O vaxt  yoldaşım iflic keçirəndə 41 yaşı var idi. O zamana qədər hər gün içərdi, günə 4-5 qutu siqaret çəkərdi. Hələ yaşlanmamışdı, amma əlləri əsməyə başlamışdı. Müəssisədə baş mühasib işləyirdi.  İşin bütün əsəb-stressini içməklə atırdı. Axırda da yatağa düşdü”.
Aygün xanım ötən günlərini kədərlə xatırlayır:
"Yadıma gəlir, o vaxtlar yoldaşımın dost-tanışları hər gün bizə gələrdilər. Hər axşam evimizdə qonaqlıq, yeyib-içmək olardı. Gecə 1-ə ancaq çıxıb gedərdilər. Uşaqlar o biri otağa keçib, saat 10 olmamış yatardılar. Bilirdilər atalarının xasiyyətini. Elə ki, sərxoş olurdu, oğlumu döyürdü. Mənə də ağzına gələni deyib, sonra bir yerdə qıvrılıb yatardı. Mən də bütün gecəni bunların yediyi-içdiyi qabları yuyardım.  Nə zaman ki, yoldaşım yatağa düşdü, qiymətli dostlarından biri də qapımızı döymədi. Bəlkə nəyəsə ehtiyacımız olar deyə təklif etmək üçün belə o qapını açan olmadı. Vaxtilə qapımda bitən adamlar o gündən sonra evimizin ünvanını unutdular...” 

"Qızımla bərabər əziyyət çəkərək böyüdük...” 

Aygün xanım deyir ki, yoldaşı yatağa düşənə qədər heç yerdə çalışmayıb.
"Yoldaşım xəstə düşənə qədər heç vaxt işləməmişdim. Ancaq ərimin, uşaqlarımın qulluğunu tutmaqdan başqa bildiyim iş yox idi. Həm də oğlumda əqli cəhətdən problemlər vardı deyə onu evdə qoyub harasa da çıxa bilmirdim. Yoldaşım da iş-güc sahibi idi. Azdan-çoxdan dolanırdıq. Elə ki, yoldaşım xəstələndi, o vaxt çarəsiz olduğumu hiss elədim. Nə edəcəyik, necə dolanacağıq deyə özüm-özümü yeyirdim. Sanki boğurdular məni. Oğlumun pensiya pulu ilə də nəyi çatdırmaq olardı?  Qonşumuzdan xahiş elədim ki, mənə bir iş tapsın, işləyim. O vaxt məktəbə süpürgəçi düzəltdi məni. Sağ olsun, çox köməkliyi dəyib o qadının bizə. Mən işə düzələndən sonra qızım evə gələnəcən o baxırdı oğlumla ərimə. 90 manat maaş alırdım. Səhər 8-in yarısı qızımla evdən çıxıb, axşam 7-ə evə gəlirdim. Günorta yarım saatlıq məktəbdən çıxıb qızımı evə aparırdım. Yeməklərini, atasının və qardaşının dərmanlarını tapşırıb, qaçhaqaçla təzədən işimin başına dönürdüm. Qızım da o balaca əllərilə həm atasına, həm qardaşına baxırdı.  Qızımla bərabər  əziyyət çəkərək böyüdük. 9 il məktəbdə süpürgəçi kimi işlədim. Məktəbdən gülərək çıxan uşaqlara baxıb "görəsən, balalarım indi evdə neyniyir”, deyə düşünürdüm. Ehh... İl ildən çətin gəlir. Məktəbin maaşı, oğlumun pensiya kartı ilə dolanmaq da çətinləşirdi. Məktəbdən çıxmalı oldum. Daha sonra 160 manat maaşla Sabunçu qəsəbəsində süpürgəçi kimi işləməyə başladım...” 

Aygün xanımın qızı da hazırda heç yerdə işləmir. Deyir ki, qızı  imkansızlıqdan müəllim yanına, hazırlıqlara gedə bilməyib. Özü təkbaşına dəfələrlə universitetə hazırlaşsa da, ancaq ödənişli əsaslarla hansısa bir ixtisasa düşüb. İmkansızlıqdan oxuya bilməyib. Bir müddət marketdə satıcı işləyib. Lakin atası və qardaşı evdə tək olduğu üçün, həmçinin, anasına kömək etmək üçün işdən çıxmalı olub.

" Bu ölkədə yaşamaq istəyirsənsə, gərək dincəlməyəsən"

Aygün xanımın sözlərinə görə, aldığı 160 manat maaş və 40 manat  pensiya ilə ancaq kommunal xərcləri, gündəlik vacib yemək xərclərini ödəyə bilir. Özünün və ailəsinin geyim tələbatını isə köhnə iş yoldaşının verdiyi paltarlarla ödəyir:
"Hər gün o başdan oyanıb yeməkləri hazırlayıram, sonra 7-nin yarısında evdən çıxıram. Məhəllənin o başından bu başına qədər yeri süpürüb, çörəkpulumu qazanıram. Əlavə də 40 manat oğlumun pensiyasını alıram. Evə vur-tut 200 manat pul gəlir. Bu pula da ancaq kommunal borcları və gündəlik yemək xərclərini ödəyə bilirəm. Arada tanış adamların evlərinə yemək bişirməyə də gedirəm ki, yoldaşımın dərmanını ala bilim. Geyimlərimizi də əvvəl işlədiyim məktəbdən bir müəllimə verir. Ailəsinin, özünün nə geyinmədiyi olanda mənə gətirir ki, biz geyinək. Ayrı əlacımız nədir axı? Bu ölkədə yaşamaq istəyirsənsə, gərək dincəlməyəsən”.

Samirə Əliyeva
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo