15:53, 12 Oktyabr 2018 (Cümə) 221

Sumqayıtda tələbələr dönərdən zəhərləndi

Sumqayıtda tələbələr dönərdən zəhərləndi
Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

Sumqayıt Musiqi Kollecinin tələbələri – 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Report