Siyasət

Sumqayıtda bir qrup sahibkar aclıq aksiyası keçirir

16 Mart, 2018
735
Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak etdiklərini deyən bir qrup sahibkar aclıq aksiyasına başladığını açıqlayıb.

"Azadlıq Radiosu" xəbər verir ki, yerli icra hakimiyyətinin onlara borclu olduğunu və bunu ödəmədiyini iddia edən 10-dan artıq sahibkar problem həll olunana kimi aksiyanı davam etdirəcəklərini bildiriblər.

Sahibkarlar deyiblər ki, onları abadlaşdırma işlərinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) seçdiyi podratçı şirkətin rəhbərliyi və İH-in memarlıq və tikinti şöbəsinin müdiri cəlb edib.

"Abadlaşdırma işləri aparılan zaman podratçı şirkətə ilkin olaraq pul ödənmişdi. Bizə olan borcun bir hissəsi o zaman verildi. Qalan əsas hissə də sonra ödənilməli idi. Prezident Sumqayıta gəldi, abadlıqdan razı qaldı, getdi, daha sonra bizim pulu vermədilər", – aclıq edən sahibkarlar bildiriblər.

Onlar deyir ki, podratçı şirkətin rəhbəri 2015-ci ilin sonunda həbs edilib.

Pullarını ala bilmədiklərini deyənlər sırasında İsa Qasımov, Eyvaz Abbasov, Məhəmməd Əsgərov, Çingiz Mansurov, Bilal Piriyev, Zöhrab Rzayev və başqaları var.
 

Tikinti işlərində çalışmış bəzi fəhlələrin də əməkhaqlarının verilmədiyi deyilir.

Sahibkar Aydın Abdullayev şikayətini belə ifadə edib:

"Vermirlər, artıq bezmişik. Müraciət etmədiyimiz instansiya qalmayıb, heç bir reaksiya verilmir. Pulumuz yoxdur, dolana, yaşaya bilmirik".

Onun sözlərinə görə, sahibkarlar abadlaşdırma zamanı müxtəlif xidmətlər göstəriblər.

"Bir il altı ay prezident administrasiyasina gedib, gəlirik. Sumqayıt İcra Hakimiyyətində bizi daha heç qəbul edən də yoxdur. Məcbur olduq aclıq aksiyasına başlayaq. Başqa əlacımız qalmadı. Sumqayıt icra hakimiyyətindən yardım istəmirik, müavinət istəmirik. Halal zəhmət haqqımızı istəyirik", – sahibkar bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən sahibkarların aclıq aksiyasına başlaması ilə bağlı deyilənlərə münasibət almaq, hələlik, mümkün olmayıb.

Ancaq "Turan" agentliyinin xəbərinə görə, bir neçə həftə əvvəl İcra Hakimiyyətindən bildirmişdilər ki, sahibkarların şikayətindən xəbərdardırlar. Bununla belə icra hakimiyyətinin mətbuat xidmətindən vurğulamışdılar ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşıyır.

"Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib", - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirmişdi.

Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.
 
"Azadliq.org" 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo