13:30, 10 İyul 2018 (Çərşənbə axşamı) 277

Sülhməramlılar Əfqanıstana yola düşüb

Sülhməramlılar Əfqanıstana yola düşüb
NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin iyulun 10-da yaydığı məlumatda deyilir.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

2017-ci ilə kimi Azərbaycan bu missiyada 90 nəfərlə təmsil olunurdu. 2017-ci ildən isə Azərbaycan Ordusu missiyada 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla iştirak edir.