Dünya

Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında bəyannamə imzalandı

27 Aprel, 2018
963
Tərəflər əlaqələrin inkişafı barədə bəyannamə imzalayıblar

Şimali və Cənubi Koreya hərtərəfli və tam münasibətlərin yaxşılaşdırılmasına çalışacaq və bununla da birgə inkişaf edib, birləşməni yaxınlaşdıracaqlar.

Rusiya mətbuatının verdiyi xəbərə əsasən, bu barədə Cənubi və Şimali Koreya liderlərinin Mun Çje İn və Kim Çen Inın görüşündən sonra tərəflərin imzaladığı bəyannamədə deyilir.

Koreyaların liderləri demarkasiya xəttində görüşüblər. Kim Çen In cənub tərəfə keçən Koreya Xalq Demokratik Respulikasının ilk lideri olub.

Danışıqların ilk raundundan sonra Kim Çen In qarşıdurmanın bitməsini istəyib. Cənubi Koreyanın lideri Mun Çje İn isə öz növbəsində ölkələr arasında dəmir yolu əlaqələrinin qurulmasını təklif edib.

Şimali və Cənubi Koreya liderlərinin imzaladığı "Koreya yarımadasının inkişafı və birləşməsi haqqında Pxanmundjom sülh bəyannaməsi” adlı sənəddə tərəflər yarımadanın atom silahından azad edilməsinin ümumi məqsəd olduğunu bildiriblər.

Sənəddə deyilir ki, Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası bir birinə qarşı düşmən hərəkətləri dayandırılması barədə razılığa gəliblər.

"Koreya yarımadasında daha müharibə olmayacaq. Yeni era başlayır”, - sənəddə deyilir.

Bundan əlavə tərəflər təbliğat alətlərinin ləğv edilməsi öhdəliyini götürüblər.

Hər iki Koreyanın hərbiçiləri daimi olaraq əlaqənin, o cümlədən müdafiə nazirləri səviyyəsində əlaqələrin qurulması barədə razılığa gəliblər.

Sənədə əsasən, mayın 15-də hər iki ölkənin generallarının iştirakı ilə danışıqların keçirilməsi razılığı əldə edilib.

Tərəflər həmçinin 1950-1953-cü illər Koreya müharibəsindən sonra ayrı düşən ailələrin görüşlərinin bərpa edilməsini razılaşdırıblar. Növbəti belə görüş avqustun 15-də baş tutacaq.

Humanitar məsələlərin həlli üçün sərhədyanı Keson bölgəsində birgə məntəqənin yaradılmasını razılaşdırıblar.

Şimali və Cənubi Koreya həmçinin iki ölkənin dəmir yollarının birləşdirilməsi üzərində işlərin başlanılmasına razılıq veriblər.///meydan.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo