Sosial

Subasma və daşqınlar yarana bilər-Nazirlik

5 Dekabr, 2016
649

Yağıntıların təsirindən qış və yaz aylarında subasma, sürüşmə, çökmə hadisələrinin dinamikasında aktivlik ola bilər.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Noyabr ayında Bakı və Abşeron yarımadasında sürüşmə ərazilərində ciddi aktivliyin müşahidə edilmədiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, son aylarda yağışlarla əlaqədar Bakının Binəqədi rayonu ərazisində, Sabunçu rayonunun Maştağa qəsəbəsində daş karxanası adlanan ərazidə, Savalan qəsəbələrində, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi”ndə subasma hadisələri müşahidə edilib:

"Ərazilərdəki subasmaların dinamikasında aktivlik yoxdur, amma sular hələ də qalıb, ərazilərdən təmiz çəkilib getməyib”.

R.Həsənov qeyd edib ki, ötən ay Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca yeni subasma hadisəsi baş verib. M.İbrahimov küçəsində uçqun prosesinin də baş verdiyini deyən nazirlik rəsmisi qeyd edib ki, küçə relyefin çökək hissəsindədir:

"Küçədə qrunt qularının səviyyəsi Yer səthinə yaxındır və ora qurudulmuş gölün ərazisində yerləşir. Göl qurudulduqdan sonra əhali orada məskunlaşıb. Əhali isə məskunlaşma yerini seçərkən bu kimi bir çox amillərə diqqət yetirməlidir. Çünki dik yamaclarda, çökək ərazilərdə evlər tikirlər və sonra da belə problemlər yaranır. İntensiv yağışlar yağdıqda bu ərazidə qrunt sularının səviyyəsi qalxır və atmosfer yağıntıları yamac boyu axaraq ərazidə subasmanın yaranmasına səbəb olur. Hazırda orada vəziyyət nisbətən yaxşıdır, su çəkilib. Amma yağışların təsirindən Mirzə İbrahimov küçəsi boyunca ərazilərdə yenidən subasma gözlənilir”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo