15:31, 11 Aprel 2018 (Çərşənbə) 115

AŞPA həmməruzəçisi namizədlərdən birinin qadın olduğunu yazır

AŞPA həmməruzəçisi namizədlərdən birinin qadın olduğunu yazır
Ərəstun Oruclu: ''Bu tvitdən sonra təsəvvür edirəm ki, sizin qrupunuz necə müşahidə aparır''

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak öz "Twitter” bloqunda Azərbaycanda seçkini müşahidə etdiyini yazıb. O, namizədlərdən birinin – Sosial Demokrat Partiyasından namizədliyini verən şəxsin qadın olduğunu yazıb.

Hazırda xaricdə yaşayan politoloq Ərəstun Oruclu isə ona "bu tvitdən sonra təsəvvür edirəm ki, sizin qrupunuz necə müşahidə aparır” – yazıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.
  
meydan.tv