Sosial

"Sovet dövründə milyonçu, indi gül satan..." - REPORTAJ

20 Aprel, 2018
2012
"Sovet dövründə milyonçu, indi gül satan... Nə qazandımsa, elə o vaxt qazandım".

Bu sözləri Toplum.tv-yə 28 May metrosu ətrafında səyyar gül satan Məmməd Baxşəliyev deyir. 

83 yaşlı Məmməd Baxşəliyev 10 ildən çoxdur ki, küçədə gül satmaqla məşğul olur.

"Polislər iki şalvar, iki köynək, bir də şərf verdilər mənə"

O, 185 manat pensiya alldığını və bununla yaşaya bilmədiyini deyir: "185 manat pensiya alıram. Dolanmaq çətindir. 185 manatla nə almaq olar? Ona görə də hər gün gül satıram. Ötən günlərin birində polislər iki şalvar, iki köynək, bir də şərf verdilər mənə. Bax elə bu (soyuqdan donmuş əlləri ilə nimdaş paltosunun yaxasını açır. S.M) o köynəklərdən biridir". 

"Biri zəng etmir ki, ata, ölmüsən, ya sağsan?"

"Həyat yoldaşım üç ildir ki, xəstəlikdən əziyyət çəkir. Şəkər xəstəsidir. Hər keçən gün yerimə qabiliyyətini itirir. İki qızım, bir oğlum var. Oğlum musiqiçidir, qızlarımdan isə xəbərim yoxdu. İki qızımdan biri zəng etmir ki, ata, ölmüsən, ya sağsan? Mən o 185 manatı dərmana ancaq çatıra bilirəm. Bəzən heç dərmana da çatmır. Əgər gül satmasam, dolana bilmərəm", - deyir Məmməd Baxşəliyev. 

"O dövr hara, indi hara..."

M. Baxşəliyevin Sovet dövründə daha yaxşı yaşadığını bildirir: "O vaxt vəziyyətim yaxşı idi. İşlərim çox yaxşı gətirirdi. Ayaqqabı tikib satırdım. O vaxt milyonçu idim, indi dilənçiyəm. Bilirsiniz, 9 bankda pulum batdı. Dövlət nə verdi, heç nə. 5000-ə 200 manat pul verdilər. O dövr hara, indi hara..."

"Atam müharibəyə getdi, qayıtmadı"

O deyir ki, insan ancaq halal zəhmətilə yaşamalıdır: "Mən yetim böyüdüm. Atam müharibəyə getdi, amma qayıtmadı. Gecə-gündüz əkinlə məşğul idim, qarğıdalı satırdım. Zəhməti sevin,xanım. Hə, zəhməti sevin və çox işləyin".

Məmməd Baxşəliyevə baxdıqda istər-istəməz adamın beynində cavabsız suallar yaranır. Təsəvvür edin ki, nəhəng bir gölün içinə 10 minlərlə daş atılıb. O daşlar gölün dərinliklərində bir yerdədir. Amma heç kəs onları görmür. Bəlkə də, görmək istəmir...

Səkinəxanım Məmmədova
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo