19:20, 10 Aprel 2018 (Çərşənbə axşamı) 212

Şəxsi məlumatlarınızın məxfiliyinin pozulması sizi narahat edirmi? - VİDEOSORĞU

Ötən ay "Cambridge Analytica" şirkətinin milyonlarla istifadəçinin şəxsi məlumatlarını istifadə etməsi barədə məlumat yayılıb.

Belə ki, mərkəzi ofisi Londonda yerləşən "Cambridge Analytica" şirkəti çoxu ABŞ-da yaşayan təxminən 87 milyon istifadəçiyə məxsus məlumatları "Facebook" istifadəçisinin profilindən icazəsiz götürərək Amerika və İngiltərədə keçirilən seçkilərdə istifadə edib.

Mark Zukerberq "Facebook"un yaradıcısı olduğu və bu kompaniyanı idarə etdiyi üçün baş verənlərlə bağlı məsuliyyət daşıdığını bildirib.

Bundan əlavə 2017-ci ilin iyulunda Rusiya Federal Təhlükəsizlik Xidməti "Telegram"dan istifadəçilərin məlumatlarının şifrələnməsi üçün açarları təqdim etməyi tələb edib.

"Telegram" rəhbərliyi bu tələbi texniki olaraq mümkünsüz adlandırıb və ona etiraz edib. Lakin bütün bunlar uğursuz olub. Bu il martın 20-də şirkətin iddiası Rusiya Ali Məhkəməsi tərəfindən rədd edilib. 

Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) messencerə təhlükəsizlik orqanlarına şifrələlənmə açarlarını təqdim etmək üçün 15 sutka vaxt verib. 

Bu müddət aprelin 4-də başa çatıb.
 


Səyyarə Məmmədova
Gülnar İsmayıl
Toplum Tv