21:34, 03 Aprel 2018 (Çərşənbə axşamı) 131

Daha bir MDB ölkəsində sosial şəbəkələr bloklana bilər

Daha bir MDB ölkəsində sosial şəbəkələr bloklana bilər


/ DÜNYA
Belarusda kütləvi informasiya vasitələri qanununa dəyişiklik layihəsi hazırlanıb. 
 
Layihədə sosial şəbəkələrin bloklanması barədə müddəa var. Sosial şəbəkə informasiyanın hakimiyyət orqanlarının tələbi ilə silinməməsi halında bloklana bilər.

Layihədə saytlara girişin məhkəmə qərarı olmadan məhdudlaşdırılması təklifi də yer alır.

Belarus parlamentinin aşağı palatasına təqdim olunmuş layihə aprelin 3-də açıqlanıb. Sənəddə internet saytlarının kütləvi informasiya vasitəsi orqanı kimi qeydiyyatı mexanizmi verilir. İnternet saytının KİV qismində qeydiyyatı üçün hüquqi şəxs yaradılmalıdır. Saytın baş redaktorunun 5 il KİV-də rəhbər postlarda çalışmış Belarus vətəndaşı olması tələbi qoyulur.
novator.az