Dünya

Soros ilin adamı elan edilib

19 Dekabr, 2018
1168
Britaniyanın "Financial Times” nəşri məşhur investor və filantrop Corc Sorosu ilin adamı elan edib.

Nəşr bildirib ki, 2018-ci ildə siyasətdə populist tendensiyaların inkişafı fonunda Soros liberal demokratiyanın və açıq cəmiyyətin simvolu olub.

"Financial Times” seçimini Sorosun bölüşdüyü insan hüquqları, şəffaflıq, mətbuat azadlığı dəyərləri ilə, avtoritar rejimlərlə, rasizmlə və dözümsüzlüyə qarşı mübarizəsi ilə izah edib.

"Financial Times” Sorosun dəyərlərinin ABŞ və Rusiya prezidentləri Tramp və Putinin dəyərlərinə qarşı olduğunu qeyd edib.

Sorosun 88 yaşı var. Macarıstanda anadan olan C.Soros 17 yaşında bu ölkəni tərk edib. Londonda iqtisadiyyat məktəbini bitirib. Təhsillə parallel olaraq ofisiant və yük daşıyan işləyib. Sonradan ABŞ-a köçən gələcək milyarder "Quantum” fondu yaradıb və tarixdə ən uğurlu alver edən oyunçu kimi tanınıb.

C.Soros xeyriyəçilik fəaliyyətinə 1979-cu ildə Cənubi Afrika Respublikasında başlayıb.

2018-ci ilin oktyabr ayında ABŞ demokrat partiyasının ən böyük sponsorlarından və Trampı ilk tənqid edən şəxslərdən olan C.Sorosa partlayıcı qurğu yerləşdirilən qutu göndəriblər.

"Forbes” jurnalının məlumatına görə, C.Sorosun 8,3 milyard dollar dəyərində sərvəti var və o, ABŞ-ın 400 varlı adamı arasında 60-cə yerdədir. Dünyada milyarderlər arasında C.Soros 190-cı yerdədir.

Mənbə: Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo