23:04, 12 Dekabr 2017 (Çərşənbə axşamı) 399

Son 5 ildə Azərbaycanda neçə qadın qətlə yetirilib?

Azərbaycanda 2010- 2016-cı illər ərzində 800-ə yaxın qadın qətlə yetirilib.

Son 6-7 il ərzində baş vermiş qadın qətllərinin 70-80 faizini "məişət zorakılığı” nəticəsində baş vermiş hadisələr təşkil edir.

Toplum.Tv xəbər verir ki, ən çox qadın qətlləri 2014-cü ildə baş verib: 114 nəfər. 

Onların yarıdan çoxu ərləri, keçmiş ərləri və ya sevgililəri tərəfindən öldürülüb. 

Elə həmin il iki qadın evlənmək məqsədilə oğurlanaraq qətlə yetirilib.

Son illər ərzində qadınları qətlə yetirənlər arasında ən çox ərlərin, keçmiş ərlərin və ya sevgililərin, ataların, qardaşların, oğulların və ya digər yaxın qohum və tanışların adı çəkilir.

Qətl səbəbləri arasında oğurluq, evlənmək hər il ən azı 10 hadisə ilə qeydə alınıb.

Naməlum şəxslər tərəfindən törədilmiş ölüm hadisələrinin sayı illərə görə 10-20 arası dəyişir.

2010-2016-cı illərdə 535 qadına qarşı sui-qəsd törədilib. "Məişət zorakılığı” nəticəsində baş vermiş hadisələr illər üzrə təxminən 70-80 faiz təşkil edir. 

Noyabrın 25-dən dekabrın 10-na Qadınlara qarşı Zorakılıqla Beynlxalq Mübarizə günləri kimi qeyd edilib.

Video KİV və DİN-nin kriminal xronikasından əldə edilmiş məlumatlara əsasən hazırlanıb.

Ofelya Ramilqızı
Toplum.Tv