18:32, 22 Noyabr 2017 (Çərşənbə) 16

Soçidə üç dövlətin prezidentlərinin görüşü başlayıb

Soçidə üç dövlətin prezidentlərinin görüşü başlayıb
Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb.
 
APA-nın verdiyi xəbərə görə, görüş Suriya probleminə həsr olunub.
 
Prezident Vladimir Putin Suriyada terrorçularla mübarizədə Rusiya, Türkiyə və İran hərbi qüvvələrinin rolunu vurğulayaraq qeyd edib ki, aparılan geniş hərbi əməliyyatlar sayəsində Suriyanın tənəzzülünün qarşısını almaq mümkün olub.
 
Putin həmçinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astanada aparılan danışıqlara toxunub. O, İran və Türkiyə liderlərinin xüsusi rolunu vurğulayaraq bildirib ki, onlarsız Suriyada siyasi nizamlanma mümkün olmazdı.
 
Suriyanın bundan sonrakı müqəddəratını təyin edilməsi prosesinin çətin keçəcəyini bildirən Putin bu prosesdə İran və Türkiyənin bu ölkəyə dəstək verəcəyinə ümidvar olduğunu deyib.