Dünya

Soçidə Suriya ilə bağlı bəyanat qəbul edilib

22 Noyabr, 2017
760

Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər.
 
APA xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

”Sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib, qarşıya konkret vəzifələr qoyulub", - deyə V. Putin bildirib.
 
V.Putin bildirib ki, dövlət başçıları terrorizmə qarşı birgə mübarizədə əhəmiyyətli uğurların əldə olunmasını qeyd ediblər, İŞİD, "Cəbhət ən-Nüsrə” və digər terror qruplaşmalarının birdəfəlik məhv edilməsi üçün səyləri artırmağa  hazır olduqlarını təsdiqləyiblər.
          
Üç ölkə lideri həmçinin Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəliblər. "Məmnuniyyətlə qeyd edirəm ki, İran və Türkiyə prezidentləri Suriya Milli Dialoq Konqresinin keçirilməsi təşəbbüsünü dəstəkləyiblər”, deyə V.Putin qeyd edib. 
Onun  sözlərinə görə, Suriyanın müxtəlif siyasi partiyaları, etnik və dini qruplarını bir araya gətirmək planlaşdırılır. 

"Bir daha vurğulamaq istəyirəm -  Suriyanın taleyini suriyalılar həll etməlidir. Həm hökumət, həm də müxalifət tərəfdarları", - deyə Putin vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo