İqtisadiyyat

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

24 İyun, 2020
957
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, cari ilin yanvar-may ayları ərzində 262 min 914 ton dizel yanacağı, 20 min 606 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 40 min 339 ton yüksək təzyiqli polietilen, 5 min 532 ton mütləqləşdirilmiş izopropil spirti, 28 min 100 ton maye piroliz qətranı, 17 min 7 ton propilen və 12 min 167 ton butilen butadien fraksiyası ixrac edilib.

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin may ayında 9 min 996 ton dizel yanacağı, 1 min 783 ton təyyarə yanacağı, 7 min 746 ton yüksək təzyiqli polietilen, 1 min 184 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 178 ton maye piroliz qətranı, 2 min 911 ton propilen və 2 min 84 ton butilen butadien fraksiyası ixrac edib.
 
Cari ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin (1 ton üçün) qiyməti 520,58 dollar, təyyarə yanacağının - 471,86 dollar, dizel yanacağının - 442,95 dollar, 1 faizli kükürdlü mazutun - 299,83 dollar, yüksək təzyiqli polietilenin - 1222,50 dollar, butilen butadien fraksiyasının - 635,27 dollar, maye piroliz qətranının - 520,58 dollar, propilenin qiyməti - 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1592,50 avro təşkil edib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo