17:59, 11 Yanvar 2017 (Çərşənbə) 76

SOCAR-ın büdcəyə ödənişləri açıqlandı

SOCAR-ın büdcəyə ödənişləri açıqlandı
Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödəyib.

Şirkətdən verilən xəbərə görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat çoxdur.

Ümumilikdə şirkət ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödəyib. Bu isə 2015-ci illə müqayisədə 84 milyon 774 min manat azdır.

Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 milyon 666 min manat vəsait köçürüb. Ötən ilin yanvar-dekabr aylarında şirkət DSMF-yə 144 milyon 417 min manat ödəniş edib. Bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat çoxdur.