Sosial

“Sizin dəyərli ayaqqabınız mənim mazutlu əllərimə yaraşmaz” - REPORTAJ

14 Mart, 2017
1141
"…Əvvəl camaat keyfiyyətli ayaqqabılarını gətirib təmir etdirirdi. İndi hamı Çin istehsalı olan ayaqqabı alır. Onlar da keyfiyyətsiz olur, düzəltməyə ehtiyac qalmır. Gözümü imkanlıların ayaqqabılarına dikmişəm”.

Bu sözləri pinəçi Fariz Həsənov deyir. 

O, 30 ildir ki, öz balaca, dar dükanında pinəçiliklə məşğuldur.

"Dost başa, düşmən ayağa baxar”

Fariz Həsənov sənətini sevir. Deyir ki, 11 yaşından sevərək öyrəndiyi bu sənət ona çörək qazandırır. Buna görə dövlətə vergi də ödəyir. Artıq saçına dən düşmüş ayaqqabı ustası Azərbaycanda sənətə qiymət verilmədiyini desə də, ölkədən kənarda yaşamağın mümkünsüzlüyünü vurğulayır. 

"Dost başa, düşmən ayağa baxar”, - deyir atalar. Ancaq alnının qırışlarına ayaqqabı tozu dolmuş bu çəkməçi ayağa baxsa da, düşmən deyil.

"Mənim ali təhsilim ayaqqabı sənətkarlığıdır”

Çoxuşaqlı ailənin ortancılı olan Fariz Həsənov ali təhsil almaq əvəzinə işini dərindən öyrənməyə çalışdığını deyir:

"Atam övladlarının hamısına təhsil vermək arzusunda idi, mən isə reallığı görürdüm. Üstəlik, bu sənəti öyrənməklə artıq özümün və qardaşlarımın köhnəlmiş ayaqqabılarını təmir edə bilərdim. Belə də etdim, bu seçim özümə və övladlarıma etdiyim ən böyük yaxşılıqdır”.

"Günə 5-6 ayaqqabı təmiri ilə ayı borc-xərcsiz başa vura bilirəm”

Fariz Həsənov deyir ki, gündə 5-6 müştərisi olur. Təmir işlərindən gündəlik 20 manat qazanır ki, bu da ancaq dolanmağına bəs edir: 

"Təmirdən çox ayaqqabı tikməkdən xoşum gəlir. Bunu böyük həvəslə edirəm. Ancaq neçə ildir ki, sifarişlə ayaqqabı tikmirəm. Səbəb isə dəriləri xaricdən gətirtməyin baha başa gəlməsidir. İndi çörəyim təmirdən çıxır. Allah kasıba bərəkət versin. Onu da deyim ki, son zamanlar imkanlı şəxslər də ayaqqabılarını təmir etdirir. Artıq onlar da keyfiyyətli ayaqqabılarını zibilə atacaq durumda deyillər”.

"Bir iş masama baxdı, bir də köhnəlmiş ayaqqabılarıma”

Çəkməçi bəzən imkanlı adamların rəftarından incidiyini də deyir. Onun sözlərinə görə, dostunun məsləhəti ilə yanına gəlmiş imkanlı şəxs ustalığına etimad göstərməyib. Belə ki, bahalı ayaqqabısını təmirə gətirmiş şəxs onun tozlu, nimdaş ayaqqablarına nəzər yetirəndə tərəddüd edib:

"Mən onun baxışlarını görəndə duruxdum. Amma sonra özümü topladım, yer göstərdim ki, əyləşsin. Qapı eşiyindən içəri girmək istəmədiyini görəndə dedim ki, mən kasıb ustasıyam. Sizin dəyərli ayaqqabınız mənim mazutlu əllərimə yaraşmaz”.

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo