Siyasət

Siyavuş Novruzov: "Söyüş söyürlərsə, qarşılıqlı cavabını verməliyik"

2 Fevral, 2019
841
"Jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir, onlar da mətbuatda təhqir yazanlara qarşı mübarizə aparmalıdır”

"Ətraflarında xeyli sayda köməkçi, cangüdən saxlayırlar, amma maliyyə mənbələrinin hesabatını vermirlər. O mənbələr açıqlanmalıdır. Pulla adam saxlamaq, iğtişaş yaratmaq, mitinq keçirməyin mənbəyi məhz o qaranlıq mənbədə, şirədədir. O şirə bağlanmayınca, davam edəcəklər”.

Bunu Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O, bildirib ki, Azərbaycanda bəzi siyasi partiyalar Mərkəzi Seçki Komissiyalarına maliyyə hesabatı vermir və buna görə də, siyasi partiyalarla bağlı yeni qanun layihəsinə ehtiyac var.

Deputat əlavə edib ki, siyasi partiyalara maddi dəstək verənlər onlara tapşırıq da verir:

"Pul verən tapşırıq verir, onlar da canla-başla vətənə, dövlətə qarşı çıxırlar. Həmin insanlar üçün xalq, dövlət anlayışı yoxdur, maddi anlayış var. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir, qarşısı qəti şəkildə alınmalıdır. Xaricdə ermənidən pul alanlar da bu şəkildə fəaliyyət göstərirlər.

Deputat hamını birlikdə mübarizəyə səsləyib:

"Milli Məclis haqqında söz deyilir, hətta təhqir səsləndirilir, amma bəzi deputatlar yaxalarını kənara çəkir ki, bizə aidiyyatı yoxdur. Halbuki parlament haqqında deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizimlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınkı yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.

Komitə sədri sosial şəbəkələrlə anonim adlar altında təhqirlər yazılması məsələsinə də toxunaraq, bunu "mənəvi terror” adlandırıb:

"Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Onlar bu cür addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər”.

Siyavuş Novruzov "Kütləvi informasiya vasitələri haqqında” qanuna da dəyişiklik təklif edib. O bildirib ki, bəzi KİV-lərdə artıq bütün etik qaydaları pozanlara qarşı yeganə yol qanunvericilikdir:

"Vətəndaşın aşağılanması, dövlətin əleyhinə fikirlər söyləmək, dövlət çevrilişinə çağırışlar, istənilən adamın istənilən fikri söyləməsi, cəzasızlıq mühiti belə vəziyyətin yaranmasına səbəb olub. Müzakirə olunmalıdır ki, bu məsələ necə həll olunsun. Azərbaycanda adət-ənənə olub. İndi 5-10 nəfər ortaya düşüb dövlətçilik haqqında, dövlət qurucusu haqqında ağızlarına gələni danışır. Ulu öndər Heydər Əliyev mətbuat üzərindən senzuranı ləğv etdi, qəzetlərin borcu bağlandı, bu gün Prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı edilir. Onlar da öz fikirlərini bildirməlidir ki, təhqir etmək olmaz. Onlar da mətbuatda təhqir yazanlara qarşı mübarizə aparmalıdır”.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo