Siyasət

Siyavuş Novruzov anons verdi: "Ləğv olunmalı, birləşdirilməlidir..."

7 Dekabr, 2016
483
Deputat: "Artıq dövlət strukturları ləğv olunmalı, oxşarları birləşdirilməlidir" 

"Aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır. Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Sosial sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisinin bu gün keçirilən növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.
 
Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb: "Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub”.
 
2016-cı ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklərin iqtisadiyyatın inkişafına, vergi, maliyyə- kredit sisteminin formalaşmasına və sosial sahələrə həsr olunduğunu deyən S. Novruzov bildirib ki, bu müddət ərzində qəbul olunan qanunlar nəticəsində  Azərbaycan iqtisadiyyatı  daha da inkişaf edəcək.
 
Bununla belə millət vəkili vurğulayıb ki, digər sahələrdə islahatlar aparılmalıdır: "İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılmalı, bəzi hallarda kiçik sahibkarlar vergidən azad edilməli, orta sahibkarlıq üçün isə vergi dərəcələri aşağı salınmalıdır. Bu, növbəti il üçün yeni gəlirlərin əldə olunmasına imkan yarada bilər”.
 
S. Novruzov əlavə edib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: "Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qismi isə düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır.   Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək, sosial sahəyə diqqət ayırdı, nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb,  600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyekti tikildi, yollar, körpülər salındı. Burada oturan insanlar həmişə bunu uğurlu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki, bəziləri tənqidə keçiblər. Məsələn, həmkarlarımızdan biri 7 il öncə olan məsələni araşdıraraq idman obyektləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. İdman Azərbaycanın təbliğidir. Olimpiadada Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarını təmsil edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görülə bilər? Tacikistanda cəmi 1 nəfər medal aldı, az qaldılar ona milli qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançı ölkəmizi təbliğ edir. Bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula-1, İslam Həmrəylik Oyunlarına diqqət ayırmalıyıq”.
 
 S. Novruzov diplomatik korpusların bağlanması məsələsinə də toxunub. O bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib: "Bu yaxınlarda  biz Özbəkistanda səfərdə olduq. Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır və az sayda ölkələrdəndir ki, Ermənistanda səfirlik açmayıb. Lakin Özbəkistanda hərbi attaşe vəzifəsi ixtisara salınıb. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə bu vəzifəni ixtisara salmışıq?  Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, ixtisara diqqət etməlidir. O cümlədən, Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət ayırmalıdır”.
 
Millət vəkili dövlət strukturlarında islahatının aparılmasını da təklif edib: "Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir. Biz az vəsaitlə daha çox iş görməliyik”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo