Siyasət

"Yorğan davası"na sərt reaksiya: "Hökumət istefaya getməlidir"

5 Dekabr, 2016
2326
"Hökumət nümayəndələri yanlışlarını etiraf edərək, yuxarıdan tutmuş aşağıya qədər istefa vermək əvəzinə, xalqa yalanlar söyləməklə məşğuldurlar”.

Bunu Toplum.Tv-yə açıqlamasında Milli Strateji Düşüncə Mərkəzinin sədri  İsa Qəmbər ötən gün Milli Məclis sədrinin müavini Bahar Muradovanın 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı səsləndirdiyi "Hər kəs ayağını yorğanına görə uzatmalıdır” fikrinə münasibət bildirərkən deyib.
Картинки по запросу İsa Qəmbər
İsa Qəmbərin sözlərinə görə, hakimiyyətin korrupsiya, monopoliya siyasəti ölkəni çox ağır vəziyyətə salıb: "Milli Məclisdə səsləndirilmiş açıqlamaların içərisində ziddiyyətli fikirlər çoxdur. Bahar Muradovanın açıqlamasındakı qara yumor hissəsi cəmiyyətin diqqətindədir. Əslinə qalsa Bahar Muradovanın açıqlamasında təzadlı bir çağırış var: əhali yoxsul yaşamağa öyrəşməlidir. Deputat demir ki, əhali bundan sonra yoxsul yaşayacaq, yəni bu faktiki olaraq əhalinin əksəriyyətinin yoxsul yaşadığının etirafıdır. Bu da illər uzunu İlham Əliyev və digər hökumət nümayəndələrinin ölkədə yoxsulluğun cəmi 5 faiz olduğunu təbliğ etməsini yerdən-yerə vurur. Düşünürəm ki, əsas diqqət yetirilməli məqam əhalini yoxsul yaşamağa çağırışdır və bu, biabırçılıqdır”.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, orta gəlirli təbəqənin qənaət etməsi mümkün olsa da, azgəlirli təbəqənin qənaət etməsi mümkünsüzdür:
 Картинки по запросу vüqar bayramov
"İlkin olaraq minimum istehlak səbətindəki ərzaq məhsulları gündəlik tələbat hesab olunur və onlara qənaət etmək vətəndaşın sağlamlığı üçün qısa zamanlı təhlükə yarada bilər. Təhsil məsələsi vətəndaşların ikinci təxirəsalınmaz tələbatlarından biridir. İndiki vəziyyətdə ailələr təhsil xərclərini azaldaraq,  gələcəkdə bunun fəsadları ciddi şəkildə ortaya çıxacaq. Son olaraq səhiyyə məsələsidir. Vətəndaş istənilən halda öz sağlamlığını qorumalıdır və səhiyyə xərclərinə heç bir halda qənaət edə bilməz. Düşünürəm ki, bu üç istiqamətdə xərclərə qənaət edilməsi heç bir halda doğru deyil. Orta gəlirli ailələrə nisbətən, azgəlirli ailələrin  qənaət etməsi mümkünsüzdür. Çünkü onların gəlirləri ilə xərcləri arasında ciddi fərq var. Gəlirlər xərclərdən azdırsa, burada qənaətdən söhbət gedə bilməz. Gəliri xərcindən az olan ailələrin qənaət etməsi mövcud şəraitə uyğun deyil".

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə məsələyə belə münasibət bildirib:
 Картинки по запросу Mehman Əliyev
”Milli Məclisin başlıca vəzifəsidir ki, hökumət nümayəndələrini dəvət edərək büdcə məsələsini müzakirəyə çıxarsın. Amma onlar müzakirə şəraitini yaratmırlar. Milli Məclisin vəzifəsi seçkiqabağı stabillik yaradıb, rifahı artıraraq vətəndaşların istehlakçı hüquqlarını qorumaqdır. Hesab edirəm ki, Milli Məclisin tam tərkibdə deputatları istefa verərək, öz səlahiyyətlərindən imtina etməlidirlər. Milli Məclisin nümayəndələri ya öz vəzifələrini yerinə yetirsin, ya da belə tövsiyələrlə çıxış etməsinlər. Vəziyyət kifayət qədər pisdir və gərginləşməkdə davam edir". 

Deputat Vahid Əhmədov isə məsələyə münasibət bildirməkdən imtina edib: ”Bu məsələni Bahar Muradovanın özü ilə əlaqə saxlayıb, ondan soruşun”.
Картинки по запросу Vahid Əhmədov

Deputat Nizami Cəfərov isə Azadlıq Radiosuna müsahibəsində deyib ki, vitse-spikerin fikri kontekstdən çıxarılıb:
 
”Bahar xanım belə söz deyə bilməz. Görünür, o fikir kontekstdən çıxarılıb. Heç vaxt heç kim deyə bilməz ki, "yoxsul yaşamağa öyrənməlisiz”. Qənaətcilliyə öyrənmək söhbəti ola bilər. Yoxsa... Mən Bahar xanıma dəfələrlə qulaq asmışam, heç vaxt belə söz deyə bilməz”
Картинки по запросу Nizami Cəfərov
Xatırladaq ki, Dekabrın 2-sində Milli Məclisdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın səsləndirdiyi "Hər kəs ayağını yorğanına görə uzatmalıdır” fikri ictimaiyyətin narazılığına səbəb olub. 

Ofelya Ramilqızı
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo