Siyasət

“Siyasi məhbuslarsız Azərbaycan quraq” - VİDEO

28 Dekabr, 2016
2015
Dekabrın 27-si Musavat Partiyasının qərargahında mərhum ictimai fəal və jurnalist Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimat mərasimi keçirilib. 

Təqdimat mərasimindən öncə Nərgiz Yaqublunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Nərgiz Yaqublu haqqında videoçarx nümayiş olunub. 

Musavat Partiyasının başqan müavini Tofiq Yaqublu qızının xatirəsini yaşadanlara təşəkkürünü bildirib və mübarizəni davam etdirməyin vacibliyindən danışıb. 

Başqan müavini Yadigar Sadıqov isə mükafat namizədlərinin əksəriyyətinin siyasi məhbuslar olduğunu xatırladıb. 

Musavat partıyasının başqanı Arif Hacılı çıxış edərək, mübarizənin çətinliklərindən danışıb.

Mükafat heykəl məhbusları kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədovun valideynlərinə təqdim olunub. Qiyas İbrahimovun anası Şura Əmiraslanova mükafatçıların adından  çıxış edərək, ən böyük arzusunun "Siyasi məhbuslarsız bir Azərbaycan qurmaq" olduğunu deyib. 

Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri, jurnalist Xədicə İsmayıl, hüquq müdafiəçiləri İntiqam Əliyev və Anar Məmmədli, vəkil Əsabəli Mustafayev və başqaları da çıxış edib.

Qeyd edək ki, "Nərgiz” mükafatı 2015-ci ildə təsis edilib. Mükafatın ilk sahibi siyasi məhbus İlkin Rüstəmzadə olmuşdu.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo