Siyasət

Siyasi Məhbusları Müdafiə Mərkəzi bəyanat yayıb

25 Oktyabr, 2018
1173
Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) ictimai fəalların həbsilə bağlı son faktları pisləyib.

"Son zamanlar hakimiyyətin ictimai fəallara, həbsdə olan siyasi məhbuslara qarşı repressiyasının yeni mərhələsi başlayıb. Tənqidi baxışlarına, fikirlərinə görə insanlar şərlənib həbs olunur, həbsdə olan siyasi məhbuslar təzyiqlərə, işgəncələrə məruz qalır”, - Mərkəzin məlumatında deyilir.

Bəyanat müəllifləri əsasən Musavat Partiyasının fəalı, Litvada siyasi mühacirətdə olan Azad Həsənovun, eləcə də Klassik Xalq Cəbhəsi Partiyasının üzvü, Rusiyadan gələn Ceyhun Nəbinin həbsinə toxunublar.

"C.Nəbi oktyabrın 23-də Şəmkirdə həbs edilib və iki gündür onun yeri haqda məlumat verilmir. Bəzi məlumatlara görə, Facebook-da hakimiyyət əleyhinə yazdığı tənqidi statuslara görə həbs olunub və hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.

Həddi-büluğa çatmayan fəal Fatimə Mövlamlı 30 saatdan çox Binəqədi polisində saxlanılıb və ondan məcburi qaydada izahat alınıb.

Son günlər siyasi məhbuslar Əhsən Nuruzadə, Elgiz Qəhrəmanlı, Əfqan Muxtarlı, Saleh Rüstəmov, Aqil Əli Məhərrəmli, Ruslan Nəsirli, Babək Həsənov və digərləri əsassız olaraq karsa salınıb.

AXCP fəalı Fuad Əhmədli və bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa çıxmaq istəkləri rədd edilib.

Digər AXCP fəalı Məmməd İbrahim və dindar Telman Şirəliyev azadlığa çıxmalarına bir neçə gün qalmış yenidən həbs olunublar”, bəyanatda deyilir.

SMMM bəyanatında ictimai fəallara və jurnalistlərə təzyiq faktlarını pisləyir, onların dərhal azadlığa buraxılmasını tələb edib.

"SMMM Azərbaycan hakimiyyətini Konstitusiyanın təməl prinsiplərinə əməl etməyə, insanların hüquq və azadlığının qorunması üçün əməli addımlar atmağa çağırır”.

SMMM 2017-ci ilin yanvarında Sülh və Demokratiya İnstitutu, Siyasi Məhbuslarsız Azərbaycan və Siyasi Məhbusların Monitorinq Mərkəzi tərəfindən yaradılıb.
 
Meydan tv 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo