22:45, 10 Dekabr 2016 (Şənbə) 778

Siyasi məhbuslara dəstək kampaniyası keçirildi - VİDEO

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup İnsan Hüquqları Günü münasibətilə dekabrın 10-da siyasi məhbuslara dəstək kampaniyası keçirib.
 
İşçi qrupunun üzvü Şahvələd Çobanoğlu kampaniyanın  ən müxtəlif formalarda – məhbuslara kitablar, məktublar, açıqcalar, kiçik hədiyyələr formasında həyata keçirildiyini qeyd edib, siyasi məhbuslara dəstəyin vacibliyindən danışıb.
 
Kampaniyaya vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar və jurnalistlər də qoşulub.

Qeyd edək ki, işçi qrupun  keçən ay açıqladığı siyahıya görə, Azərbaycanda azı 144 siyasi məhbus var.