10:46, 13 Avqust 2018 (Bazar ertəsi) 179

Şimali Koreya ABŞ-ın bütün təkliflərini rədd edir

Şimali Koreya ABŞ-ın bütün təkliflərini rədd edir


Bu barədə CNN avqustun 10-da diplomatik dairələrdəki yüksək səviyyəli mənbələrə istinadla məlumat yayıb.

Televiziya kanalının həmsöhbətçisi qeyd edir ki, Ağ ev Şimali Koreyadan "nüvəsizləşmə prosesinin tam yoxlanılmasını” istəyir və bunun həyata keçirilməsi ilə bağlı konkret təklif verib.

Mənbə bildirir ki, Vaşinqton bu proses başa çatmayınca sanksiyaları saxlamaq istəyir.

Şimali Koreya isə deyir ki, prosesə yalnız sanksiyaların yumşaldılacağı halda başlaya bilər, deyə mənbə vurğulayır.

Mənbə yazır ki, Şimali Koreyanın nümayəndəsi ötən cümə axşamı BMT-də deyib ki, ABŞ hakimiyyəti, 2 ölkə liderinin bu yaxınlarda Sinqapur görüşündə əldə edilən dialoq ruhuna əməl eləmir.

Pxenyan artıq Vaşinqtona güzəştə getdiyini qeyd edir, xüsusilə nüvə poliqonunun nümayiş etdirildiyini və Koreya müharibəsində həlak olmuş ABŞ əsgərlərinin qalıqlarının qaytarıldığını deyir.

Şimali Koreya hesab edir ki, ABŞ beynəlxalq sanksiyalar və təzyiqlərlə onun gözləntilərini doğrultmayıb.

CNN yazır ki, Şimali Koreya hakimiyyətinin bu mesaşı ingilis dilində BMT-ki missiya vasitəsi ilə çatdırılıb.

Amma ABŞ Dövlət Departamenti məsələyə münasibət bildirilməsi ilə bağlı CNN-nin sorusuna cavab verməyib.

ABŞ nüvə təhlükəsinə görə iyunda Şimali Koreyaya qarşı sanksiyaları uzadıb.///Azadlıq Radiosu