Siyasət

Şeyxin bəyanatına münasibət: "Özü deyir, özü də eşidir"

23 Fevral, 2018
1413
Fevralın 19-da Müsavat Partiyası Divanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi qərara alıb. 

Onlar bunu Allahşükür Paşazadənin seçki prosesinə Konstitusiyaya zidd müdaxiləsi ilə əsaslandırıb.  

Müsavat Partiyası başqanı Arif Hacılı bildirib ki, Allahşükür Paşazadənin belə açıqlama vermək səlahiyyəti yox idi: "Azərbaycan Konstitutsiyasına görə din dövlətdən ayrıdır.  Dini qurumlar birbaşa siyasətə müdaxilə edə bilməz. 
 


İkincisi, şeyxin müraciəti Seçki Məcəlləsinə ziddir. Belə ki, təşviqat kampaniyası başlamadan  hər hansı namizədin xeyrinə təbliğat aparmaq olmaz. O, çox irəli gedərək, nəinki İlham Əliyevin məscidlərdə təbliğatı ilə bağlı tapşırıq verib, eyni zamanda  bu tapşırığın yerinə yetirilməsinə nəzarət edəcəyini bildirib”. 

A. Hacılının sözlərinə görə, bu seçki prosesinə müdaxilənin bir nümunəsidir: "Biz həm MSK-ya, həm də, müvafiq hüquq-mühafizə orqanlarına bu məsələlərlə bağlı müraciət etmək niyyətindəyik. Allahşükür Paşazadə həm Seçki Məcəlləsini, həm də Konstitusiyanı ciddi sürətdə pozub. Biz bu məsələlərlə bağlı məhkəmə çəkişməsinə nail olmağa cəhd edəcəyik”.

ReAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı isə bu məsələyə iki aspektdən yanaşır: "Birincisi ondan ibarətdir ki, sekulyar dövlətdə rəsmi din xadiminin seçkilərlə bağlı, siyasətlə bağlı mövqe bildirməsi yanlışdır. Təbii ki, din xadimi də vətəndaşdır və ölkədə gedən proseslərin ona da aidiyyatı var. Amma din xadimi  bütün siyasi qüvvələrlə - istər müxalifət olsun, istər iqtidar – eyni məsafədə  olmalıdır. Çünki dini adamlar dövlətin adamları deyil.
 
 
 
Bunlar cəmiyyətdə fəaliyyət göstərən adamlardır. Azərbaycan Respublikası Konstitutsiyasına görə, din dövlətdən ayrıdır. Azərbaycan sekulyar dövlətdir, ona görə də Şeyxülislamın hansısa bir siyasətçini, siyasi təşkilatı dəstəkləməsi Konstitutsiyanın pozulması deməkdir. Yəni, Şeyxülislam öz səlahiyyətlərinin aşır. İkinci məsələ, Şeyxülislam lap 100 dəfə deyə bilər ki, o, kimi dəstəkləyir, onsuz da Azərbaycan müsəlmanları onu dediyi ilə oturub durmurlar. İnanclı adamlar şeyxin dediyi ilə qərar vermirlər. Çünki onun belə yanaşması ilk deyil.  Məhz onun bu  hərəkətlərinə görə  müsəlmanlar onun avtoritet  hesab etmirlər. Rəsmi dini adamlar hər bir siyasi təşkilat üçün eyni məsafədə olmalıdır. Əgər bunu etmirsə, onun heç bir avtoriteti qalmır. Artıq cib müxalifəti kimi bir şeyə çevrilmiş olur. Buna görə də, bu, havayı verilmiş bir bəyanatdır. Cəmiyyəti də heç bir mobilizasiya etməyəcək. Özü deyir, özü də eşidir”.

Milli Şuranın sədri Cəmil Həsənli isə belə halları İlham Əliyevin tutduğu vəzifədən, seçki prosesində dövlətin imkanlarından öz maraqlarına uyğun istifadə cəhdi kimi qiymətləndirib: "Seçkidə iki ciddi qanun pozuntusu var. Birinci, din dövlətdən ayrıdır və dini təşkilatların siyasi prosesə qoşulması yolverilməzdir. İkinci, seçkilərdə təbliğat kampaniyası başlamadan, (mart ayının 19-u başlayacaq) birtərəfli qaydada bir namizədin xeyrinə təbliğat aparmağı seçki qanunu qadağan edir. Üstəgəl, bu təbliğatın televiziyalar vasitəsilə yayılması həm qanunaziddir, həm də digər namizədlərin hüquqlarının pozulmasıdır. Biz öz çıxışlarımızda bunu pisləmişik. Amma hansısa hüquqi  pozuntunun olub-olmamasını  növbəti toplantılarımızda müzakirə edəcəyik”.
 
 

Fevralın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə din adamlarını ölkə başçısı İlham Əliyevi prezident seçkilərində dəstəkləməyə çağırıb. 

QMİ-də toplantı keçirən A.Paşazadə deyib ki, İlham Əliyev hakimiyyətə gələndən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub.

Allahşükür Paşazadə həm də dindarlara yaradılan şəraitdən narazılıq etməməli olduqlarını vurğulayıb: "Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də şükür edək. Mən ölkə müsəlmanlarını İlham Əliyevə səs verməyə çağırıram. Məscidlərdə, xütbələrdə siz dindarlar öz haqq sözünüzü deməlisiniz. İnsanlar həqiqətləri bilməlidirlər. Biz nəzarət edəcəyik buna, bu, bizim bir vətəndaş borcumuzdur".

Gülzar N. Məmmədli
ToplumTv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo