22:38, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 151

Səudiyyənin İstanbul konsulu Türkiyəni tərk edib

Səudiyyənin İstanbul konsulu Türkiyəni tərk edib
 
 
Ankara rəsmiləri jurnalist Jamal Kashoggi-nin yoxa çıxması ilə bağlı onun iqamətgahında axtarış aparılacağını elan etdikdən bir neçə saat sonra Səudiyyənin İstanbuldakı konsulu Türkiyəni tərk edib.

"Azadlıq Radiosu"-nun xəbərinə götə, Anadolu xəbər agentliyi oktyabrın 16-da bildirib ki, konsul Mohammed al-Otaibi yerli vaxtla saat 14 radələrində Türkiyəni təyyarə ilə tərk edib.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirmişdi ki, polis konsulun rəsmi iqamətgahında və konsulluğun avtomobillərində axtarış aparacaq.

Türkiyə ekspertləri oktyabrın 16-da səhər saatlarında Səudiyyənin İstanbuldakı konsulluğunda aparılan axtarışı başa çatdırıblar.

Türkiyə rəsmiləri narahatdırlar ki, jurnalist Jamal Kashoggi konsulluğun binasında öldürülə və cəsədi yox edilə bilərdi.

Səudiyyə Ərəbistanı bu kimi iddiaları "əsassız" adlandıraraq rədd edir, lakin ABŞ mediasının yazdığına görə ər-Riyad jurnalistin konsulluqda öldüyünü etiraf etməyə, lakin bunun dindirmə zamanı təsadüfən baş verdiyini bəyan etməyə hazırlaşır.