Sosial

"Sərhədsiz Reportyorlar” jurnalistlərin təqibi barədə

26 İyul, 2018
1202
"Sərhədsiz Reportyorlar" təşkilatı jurnalistlərin online təqib edilməsinə dair hesabatı dərc edib. Bu hal mətbuat azadlığı üçün yeni bir təhdid, "online trolls hücumu" adlandırılıb.

Sənəddə deyilir ki, fəallar avtoritar rejimlər tərəfindən yaradılan "troll qoşunları"ın hücumlarına məruz qalırlar. Bundan jurnalistləri susdurmaq üçün istifadə edirlər.

Təşkilat bir neçə ay ərzində jurnalistlərə və ifadə azadlığına edilən yeni onlayn hücumları sənədləşdirərək mətbuat azadlığı yırtıcılarının kütləvi hücum əməliyyatlarını analiz edib.

Bu cür faktlar Çin, Hindistan, Türkiyə, Vyetnam, İran, Əlcəzair və Azərbaycan daxil olmaqla 32 ölkədə qeydə alınıb.

Azərbaycana dair bölmədə korrupsiya faktlarını araşdıran jurnalist Xədicə İsmayılovaya qarşı hücum və təqiblər yer alıb.

Bundan öncə hakimiyyət onun evinə gizli kamera quraşdıraraq şəxsi həyatına müdaxilə edib. Onu susdurmaq üçün video İnternetdə yerləşdirilib.

2014-cü ildə o, həbs olunub və yeddi il yarım müddətə azadlıqdan məhrum edilib.

Beynəlxalq təzyiqlərdən sonra 2016-cı ilin mayında onu həbsdən azad ediblər. Lakin üzərindən ittihamlar götürülməyib və ölkədən çıxışı qadağan edilib.

Online-aqressiya dünyada geniş yayılmış bir haldır və hazırda mətbuat azadlığı üçün ən böyük təhlükələrdən biridir.

"İnformasiya müharibələri yalnız ölkələr arasında baş vermir. Həm də bütün dünyada sərf etməyən KİV və jurnalistlərə qarşı aparılır. Mətbuat yırtıcıları və avtoritar rejimlər onlrın qanunsuz hərəkətlərini ifşa edən hər kəsə təzyiq göstərmək üçün öz troll qoşunlarından istifadə edirlər", - "Sərhədsiz Reportyorlar"ın baş katibi Kristof Delor bildirib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo