14:34, 11 Aprel 2018 (Çərşənbə) 53

Serb müşahidəçi: “Məntəqələrdə heç bir insident qeydə alınmayıb”

Serb müşahidəçi: “Məntəqələrdə heç bir insident qeydə alınmayıb”
"Ümumi dəyərləndirmə etmək üçün çox tezdir. Amma deyə bilərəm ki, təxminən 9 -10 seçki məntəqəsində olmuşuq, proseslər çox axıcı gedir, insanlar çox mehribandırlar və onlar Seçki Məcəlləsinin maddələrinə açıq şəkildə əməl edirlər”.

Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən serbiyalı müşahidəçi Miloş Aliqrudiç deyib. O qeyd edib ki, seçicilər öz hüquqlarından xəbərdardırlar: "Ümid edirəm ki, onlar bu hüquqlardan yaxşı mənada istifadə edirlər. Getdiyimiz seçki məntəqələrində bir çox xarici müşahidəçi var idi. Bu mənim ilkin təəssüratlarımdır. Gördüyümüz seçki məntəqələrində heç bir insident qeydə alınmayıb”.