Dünya

Sentsov aclığı dayandırıb

5 Oktyabr, 2018
1991
Cəzaların İcrası Federal Xidmətinin direktor müavini Valeri Maksimenko ukraynalı rejissor Oleq Sentsovun aclığı dayandırdığını bildirib. Xəbəri «Interfax» yayıb.

Rejissor 2018-ci ilin mayından qida qəbulundan imtina edib. O, 140 gündən artıq aclıq keçirərək ukraynalı siyasi məhbusların buraxılmasını tələb edib.

«Mən bu işdə iştirak edən hamıya, bizim həkimlərə, Labıtnanqi xəstəxanasının həkimlərinə, vəkillərə minnətdarlıq edirəm. Onlar yaşamaq lazım olduğunu, həyatın davam etdiyini dedilər. Onu qəti olaraq bizim həkimlər, mütəxəssislər yola gətirdilər. Və o, həyatı seçdi», - Maksimenko deyib.

Sentsovun vəkili rəsmi qurumun aclığın dayandırılması haqda yaydığı məlumatı şərh etməyib.

Krımda yaşayan O.Sentsov rejissordur, Rusiyada terror aktları hazırlamaq ittihamı ilə 20 il həbs cəzası alıb. O, suçlu olmadığını bildirir. Aclıq zamanı dəstəkverici terapiya qəbul etməyə razılaşmışdı.

Sentyabrın sonunda məlum olub ki, Sentsovu koloniyadan Labıtnanqi xəstəxanasına köçürüblər. Onun vəkili Dmitri Dinze Sentsovun zorla yedirdiləcəyindən ehtiyatlanaraq xəstəxanaya yerləşdirilməkdən imtina etdiyini bildirmişdi.

Rejissorun azadlığa buraxılması tələbiylə son bir neçə ayda dünyanın hər yerindən 100-dən çox mədəniyyət xadimi, hüquq müdafiəçiləri və Qərb ölkələrinin liderləri müraciət ediblər.
 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo