Bu ilin yanvar-fevral aylarında 7,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 8,4%, neft sektorunda 0,4% artıb.
Sənaye məhsulunun 75,0%-i mədənçıxarma sektorunda, 20,0%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 %i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,5% artıb, əmtəəlik qaz hasilatı isə 9,4% azalıb.
Emal sektorunda tütün məmulatlarının istehsalı 3,4 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 65,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 1%, poliqrafiya məhsullarının istehsalı 38,0%, kimya sənayesi məhsullarının istehsalı 6,3%, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, tikinti materiallarının istehsalı 40%, hazır metal məmulatlarının istehsalı 67%, elektrik avadanlıqlarının istehsalı 43,4%, mebel istehsalı 34,7% artıb, qida məhsullarının istehsalı 6,7%, içkilərin istehsalı 19%, geyim istehsalı 48,3%, kağız və karton istehsalı 3,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 44,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 10%, kompüter və elektron məhsulların istehsalı 6,1%, maşın və avadanlıqların istehsalı 27,5%, sair nəqliyyat vasitələrinin istehsalı 72,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 21,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9% azalıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.