17:11, 03 Oktyabr 2018 (Çərşənbə) 293

Senatorlar pensiya yeniliyinə səs verdi

Senatorlar pensiya yeniliyinə səs verdi


/ DÜNYA
Oktyabrın 3-də Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası pensiya yaşını yüksəldən qanun layihəsini qəbul edib.

Qanun layihəsinin lehinə 149, əleyhinə 5 nəfər səs verib, 3 senator bitərəf qalıb.

Rusiya parlamentinin aşağı palatasından – Dövlət Dumasından sentyabrın 27-də keçən layihəyə əsasən, kişilərin pensiya yaşı 60-dan 65-ə, qadınların pensiya yaşı 55-dən 60-a qaldırılır. Artım 2019-cu ildən başlayaraq 6 aydan bir tətbiq olunacaq.

Qanuna əsasən, pensiyaya vaxtından əvvəl çıxmaq istəyən kişilərin 42 il, qadınların 37 il stajı olmalıdır.

Layihə imzalanmaq üçün ölkə prezidentinə təqdim ediləcək.