İqtisadiyyat

Səlim Müslümov: "Hesablanmış maliyyə sanksiyaları, penyalar hamısı silinəcək"

5 Aprel, 2018
1202
Məcburi dövlət sosial sığorta sahəsində ödənilməyən borcların və sanksiyaların silinməsinə başlanıb.

"Turan" agentliyinin xəbərinə görə, bu haqda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

"Hesablanmış maliyyə sanksiyaları, penyalar hamısı silinəcək. Bu, 180 milyon manatın silinməsi, bağışlanması deməkdir", - nazir bildirib.

"Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Qanun layihəsini prezident İlham Əliyev verib. Martın əvvəlində ölkə parlamenti həmin qanun layihəsini bəyənib.
 
Qanuna görə, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan, 2006-cı il yanvarın 1-i tarixinə kimi yaranan və 2018-ci il aprelin 1-dək ödənilməyən borcları tam məbləğdə silinir.

2015-ci il yanvarın 1-nə kimi yaranan və ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclar da tam məbləğdə silinir.

Qanunda o da vurğulanır ki, 2015-ci ilin yanvarın 1-dən sonra yaranan məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi bir neçə qaydada həyata keçirilir.

2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödənildikdə, maliyyə sanksiyalarının ödənilməmiş 90 faizi silinəcək.

Bu ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə isə, ödənilməyən 70 faiz ləğv ediləcək.

Aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənilərsə, yerdə qalan hissə silinəcək.



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo