Siyasət

Şəhidin nəşi nə vaxt qaytarılacaq? - Maraqlanan varmı?

17 Yanvar, 2017
707
"Ermənistan tərəfi meyiti özündə saxlamaqla qanunları pozub, məntiqlə cəsədi qarşı tərəfdə qalan əsgərin və ya mülki vətəndaşın cəsədi heç bir şərt irəli sürülmədən qaytarılmalıdır. Əgər Ermənistan tərəfi meyiti qaytarmırsa, bunun məntiqi izahı yoxdur”.

Bunu Toplum.Tv-yə konfliktoloq Əvəz Həsənov 2016-cı il dekabrın 29-da şəhid olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılmaması ilə bağlı suala cavab verərkən deyib.
Image result for Əvəz Həsənov
Konfiktoloq hesab edir ki, Ermənistanın bu addımı Azərbaycana müəyyən təzyiqlər etmək üçündür: ”Ermənistan Azərbaycanın əsəblərini yoxlamaqla məşğuldur. Onlar başa düşürlər ki, Azərbaycan əsgərin meyitinin qaytarılması üçün bütün gücünü sərf edərək. Həmçinin Beynəlxalq təşkilatları Ermənistanın üstünə yönəldəcək ki, bu məsələdə Azərbaycana kömək etsinlər. Ermənistan tərəfi çalışır ki, gələcəkdə Azərbaycan da Dağlıq Qarabağdan cəbhə xəttini keçən erməni əsgərlərin cəsədlərini asanlıqla qaytarmasın və bundan sui-istifadə etsinlər. Ermənistan cəmiyyətinə göstərsinlər ki, bundan sonra Azərbaycan tərəfi qarşı tərəfin əsgərləri sərhəddi keçərsə, asanlıqla geri qaytarmayacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi həm Qırmızı Xaç cəmiyyəti ilə, həm əsirlərlə məşğul olan beynəlxalq qurumlarla düzgün və intensiz kontaktlarını saxlasa, şəhidin cəsədini almaq asan olar. Əsas odur ki, Azərbaycan höküməti əməldə də prinsipial olsun. Biz görürük ki, sözdə prinsipiallıq var,ancaq konkret əməllər yalnız beynəlxalq təşkilatdan tələb etməkdən gedir. Düşünürəm ki, tək beynəlxalq təşkilatlardan bunu gözləmək mümkün deyil, Azərbaycan hökuməti özü də müxtəlif diplomatik və beynəlxalq təşkilatların kanallarından istifadə edib heç olmasa, onun cəsədinin geri qaytarılması üçün konkret addımlar atmalıdır. Bu məsələdə Azərbaycan hökuməti beynəlxalq təşkilatlara arxayın olmalı deyil, çalışmalıdır ki, özü müxtəlif kanallar və vasitəçilərlə bu məsələni həll etsin”. 

Deputat Rövşən Rzayev Toplum.Tv-yə açıqlamasında hökumətin şəhid əsgərin meyitinin ailəsini qaytarılması barədə kifayət qədər vacib olan addımları atıldığını qeyd edib:
 
”Bu məsələ hər an gündəmdə olan məsələdir. Qırmızı Xaç, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi vasitəsi ilə bütün imkanlardan istifadə olunur. Təəssüf edirəm ki, qarşı tərəf belə qeyri-insani mövqedən çıxış edir. Amma düşünürəm ki, yaxın günlərdə bu problem öz həllini tapacaq. Şəhidin nəşinin ailəsinə geri qaytarılması üçün kifayət qədər lazımi addımlar atılır, amma meyitin dəqiq nə vaxt qaytarılacağı barədə bir şey deyə bilmərəm”.

Şəhid Çingiz Qurbanovun atası Salman Qurbanovun dövlət qurumlarının rəsmilərinin və deputatların onlara baş çəkdiyini bildirib: ”Dövlət qurumları bu işlə məşğuldur. Bu gün də cənab prezident komissiyanın sədri Mədət Quliyevə tapşırıq verib ki, bu işi tezləşdirsin. Bu da Kütləvi İnformasiya Vasitələrində yazılıb. Qusar Rayon İcra Hakimiyyətinin sədr müavini, hərbi komissar, "Qusar” qəzetinin baş redaktoru, YAP Qusar Rayon Təşkilatının sədri bizə baş çəkmişdilər. Həmçinin deputatların bir çoxu bizim vəziyyətimizlə maraqlanıblar. Mən övladımın meyitinin bizə qaytarılacağına inanıram”.
Image result for Salman Qurbanov
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunu dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb. Komissiya sədri şəhid olmuş hərbçimizin meyitinin prezident İlham Əliyevin diqqətində olduğunu qeyd edib. 

Ofelya Ramilqızı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo