13:04, 12 Aprel 2018 (Cümə axşamı) 93

"Seçkini izləyən beynəlxalq müşahidəçilərin fikirləri müsbət olub"

"Seçkini izləyən beynəlxalq müşahidəçilərin fikirləri müsbət olub. Müşahidəçilər mətbuata açıqlamalarında da bunu qeyd ediblər". 
 
 APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 
 
 MSK sədri bildirib ki, beynəlxalq müşahidəçilər seçkilərə hazırlığı və seçki prosesini yüksək qiymətləndirib: "Beynəlxalq müşahidəçilər bizimlə söhbətdə də bunu deyiblər. Bir sıra beynəlxalq təşkilatlar seçkiləri nümunəvi hesab ediblər".