23:37, 15 Mart 2018 (Cümə axşamı) 47

Seçkiləri müşahidə edəcək AŞPA missiyasının rəhbərinin adı məlum olub

Seçkiləri müşahidə edəcək AŞPA missiyasının rəhbərinin adı məlum olub
AŞPA-nın Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbərinin adı məlum olub.

AŞPA-dan APA-ya verilən məlumata görə, 33 nəfərlik missiyaya rumıniyalı parlamentar Viorel Riçard Badea rəhbərlik edəcək. Missiya seçki günü səsvermə prosesini müşahidə edəcək.

Azərbaycanda növbəti prezident seçkisi bu il oktyabrın 17-də keçirilməli idi. Fevralın 5-də imzalanan prezident sərəncamı ilə aprelin 11-nə növbədənkənar seçki təyin olunub.