Siyasət

"Seçkidə iştirak etməyənlər seçkiyə irad bildirə bilməzlər" -Deputat

14 Fevral, 2018
858
Bu növbədənkənar seçkilərdə aparıcı müxalif partiya və təçkilatlar iştirak etməyəcək. 

Onlar seçkinin legitim olmayacağını düşünərəkdən boykot qərarı veriblər. 

Ölkə üçün əhəmiyyətli olan bu hadisələrə beynəlxalq qurumlar münasibət bildirməyib. 

Bəs ictimaiyyət nümayəndələri bu məsələ ilə bağlı nə düşünür?

ReAL Təşkilat Komitəsinin siyasi məsələlər üzrə katibi Azər Qasımlı bu məsələni iki aspektdən təhlil edib: "Əsas beynəlxalq təşkilatlarla və dövlətlərlə bu məsələ müzakirə olunub razılaşdırıla bilər. Belədirsə, bu, çox pis haldır. Əgər belə hal varsa, bu, Azərbayacan Demokratiyasına qarşı xəyanətdir. İkinci səbəb o ola bilər ki, beynəlxalq təşkilatlar məsələni hələ araşdırırlar”.
 

Onun sözlərinə görə, prezident seçkilərinin vaxtının dəyişdirilməsi beynəlxalq təşkilatlar üçün də gözlənilməz oldu: "Düşünürəm ki, müəyyən vaxta ehtiyac var. Müxalifət təşkilatları məsələ ilə bağlı nə edəcəklər, hansı qərarlar verəcəklər, aralarında razılaşma olcaqmı, olmayacaqmı, bunları da gözləyə bilərlər”.

Azər Qasımlı bunun da vaxtının bitdiyini düşünür. Hesab edir ki, əsas müxalif təşkilatlar mövqelərini bildiriblər və seçkiyə getmədiklərini bəyan ediblər: "Bu seçkilərdə İlham Əliyev, rəqabətsiz, təkbaşına namizəd olacaq. Beynəlxalq qurumların reaksiyasına gəlincə, bunun birinci, ya ikinci variant olmasını söyləmək çətindir. Ümid edirəm ki, bu, birinci variant deyil”.

Müsavat Partiyası başqanı Arif Hacılı isə növbədənkənar seçkilərə beynəlxalq birliyin kifayət qədər birmənalı və sərt mövqe bildirəcəyinə əmin olduğunu deyib: "Sadəcə, onların belə ənənəsi mövcuddur ki, əvvəlcə məsələni ciddi müzakirə edir, sonra öz qərarlarını açıqlayırlar”.
 

Milli Şuranın sədri Cəmil Həsənli isə məsələni belə əsaslandırıb: "Əvvəla, onlar nəzərdə tutmuşdu ki, seçki oktyabr ayında olacaq. Beynəlxalq təşkilatlar bu dəyişikliklərə hazır deyildilər, gözlənilməz olub. Ona görə də hələ onlar öz mövqelərini açıqlamayıblar. Yəqin ki, bu yaxınlarda, xüsusən də, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu müşahidə edib-etməməklə bağlı, müşahidə etməyəcəksə, bunun səbəbləri ilə bağlı açıqlama verəcək”.
 

Cəmil Həsənli əlavə edib ki, beynəlxalq mətbuat orqanlarında seçki ilə bağlı kifayət qədər ilkin rəylər gedib.
 

Deputat Aydın Mirzəzadə isə bildirib ki, seçki kiminsə iştirak etməsi üçün deyil, ölkəni idarə edəcək, konstitusiya səlahiyyəti olan şəxs və ya orqanın seçilməsi üçündür: "Bu baxımdan vətəndaşlar ortada olan namizədlərə səs verir. Kimlərsə seçkidə iştirak etmirsə, o seçkiyə irad bildirmə məsələsi ola bilməz. Beynəlxalq təşkilatların da, insan hüquqları ilə məşğul olan QHT-lərin də bu məsələyə normal yanaşması tamamilə başadüşüləndir”. 
 

 Onun sözlərinə görə, seçkilərin vaxtından əvvəl keçirilməsi Konstitusiyada nəzərdə tutulur: "Bütün siyasi qüvvələr üçün normal şərait yaradılıb. Eyni zamanda təbliğat aparmaq üçün də müvafiq şərait var. Bu baxımdan vaxtaşırı Azərbaycanla bağlı reaksiya bildirən qurumların bu məsələyə sakit yanaşması başadüşüləndir. Həmçinin Azərbaycan artıq oturuşmuş dövlətdir. Azərbaycan xarici siyasətini özü müəyyənləşdirir və onun daxili siyasətinə qarışmaq bu gün qeyri-mümkün məsələdir. Cəmiyyət, dövlət buna reaksiya verir. Bu baxımdan seçkilərdə seçicilərin rəğbət bəslədiyi namizədə səs verməsi və onun seçilməsi tam demokratiya, qanunvericilik və hüquqa uyğun olan bir məsələdir”.

Gülzar N. Məmmədli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo