Siyasət

Şamaxıda sürüşmə nəticəsində 7 ailə evindən çıxıb

4 Aprel, 2018
797
Şamaxı rayon mərkəzində torpaq sürüşməsi aktivləşib, bəzi ailələr uçan evlərini tərk etmək məcburiyyətində qalıblar.

"Azadlıq Radiosu"nun verdiyi məlumata görə, sürüşmədən Şamaxı şəhərinin mərkəzinə yaxın ərazidəki 48-ci məhəllə ziyan görüb. Məhəllədə 20-dən artıq evə zərər dəyib, həmin evlərin bir hissəsi yaşayışa yarasız hala düşüb.

Sakinlər deyib ki, əvvəlki illərdə də ərazidə sürüşmələr olub. Ancaq bu il Novruz bayramından ( martın 20-i, 21-i) başlayaraq sürüşmə aktivləşməyə başlayıb.

"Yağan yağışlar nəticəsində sürüşmə artdı. Novruzdan bəri hər gün xırda-xırda da olsa sürüşmə müşahidə olunur. 20-dən çox evdə çatlar əmələ gəlib. Məhəllə başındakı 7 ev tamam yarasız hala düşüb", sakinlər bildirib.

Onların sözlərinə görə, yarasız hala düşən evlərdə yaşayanlar yaxınlarının evlərinə köçməli olublar. Başqa ailələr isə hələ də qəzalı evlərdə yaşamaq məcburiyyətində qalıb.

48-ci məhəllədəki sürüşmə sahəsi 200 metrə yaxındır. Sürüşmə davam etdikcə yolların, hasarların da yararsız hala düşdüyü bildirilir. Sakinlər bildirib ki, sürüşmə nəticəsində kommunikasıya xətləri də zərər görüb.

Bildirilir ki, əlaqəli qurumlar heç bir qabaqlayıcı tədbirlər görməyib.

"Rayonun icra hakimiyyətinə müraciət etmişik. Dəfələrlə başqa rəsmi qurumlara müraciətimiz olub. Hər dəfə gəlirlər, müşahidə edirlər, yoxlama aparıb, gedirlər, gərəkli addımlar atılmır", sakinlər vurğulayıb.

Yerli əhali yagışlı havanın davam etməsindən, sürüşmənin getdikcə sürətlənməsindən narahatdır.

Şamaxı Rayon İcra Hakimiyyətindən və başqa rəsmi qurumlarından əhalinin narahatlığına, hələlik, münasibət almaq mümkün olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşlarının da ərazidə monitorinq apardığı bildirilir.

Nazirliyin əməkdaşları da ərazidə sürüşmənin aktivləşdiyini deyirlər.
 
"Azadliq.org"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo