16:05, 06 Aprel 2018 (Cümə) 229

Şamaxıda sürüşmə: evlərə ziyan dəyib - FOTOLAR

Şamaxıda sürüşmə: evlərə ziyan dəyib - FOTOLAR
Şamaxı rayonunun mərkəzində torpaq sürüşməsi aktivləşib.

Bu barədə Toplum Tv-yə rayon sakinləri məlumat veriblər.
 
Onların sözlərinə görə, sürüşmə nəticəsində Şamaxının mərkəzinə yaxınlıqda yerləşən 48-ci məhəlləyə ziyan dəyib. 

Məhəllədə 10-dan artıq ev zərər görüb. Evlərin bir hissəsi yaşayışa yarasız hala düşüb.

7 ailə evlərini tərk etmək məcburiyyətində qalıb. 

Sakinlər bildirirlər ki, sürüşmə keçən ildən başlayıb və bu il Novruz bayramı günlərində aktivləşib. 

O vaxtdan da hər gün 2-3 sm sürüşmə olub . 

Sürüşməin ən güclüsü aprelin 2-də müşaqhidə olunub, evlərə ziyan dəyib, çatlar var. 

Yeddi sakin evini tərk edərək başqa kəndlərə gediblər.

Əhalinin dediyinə görə, onlar FHN-ə və İcra Hakimiyyətinə müraciət ediblər. 

Buna baxmayaraq onlara nə kirayə haqqı verirlər nə də  kömək edirlər. 

"Azadlıq Radiosu" məlumat verir ki, Şamaxı Rayon İcra Hakimiyyətindən və başqa rəsmi qurumlarından əhalinin narahatlığına, hələlik münasibət almaq mümkün olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşlarının da ərazidə monitorinq apardığı bildirilir.

Nazirliyin əməkdaşları da ərazidə sürüşmənin aktivləşdiyini deyirlər.

Pərvanə Qurbanlı
Toplum Tv