18:53, 18 Aprel 2018 (Çərşənbə) 259

Şamaxı-Pirqulu-Dəmirçi yolu dağılıb

Şamaxı-Pirqulu-Dəmirçi yolu dağılıb
Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. 

APA-nın xəbərinə görə, son günlər havaların yağıntılı keçməsi nəticəsində Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb.

Bildirilir ki, Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb.

Üç kəndi birləşdirən bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir. 
Sürüşmə belə davam edərsə yolda avtomobillərin hərəkətində çətinlik yarana bilər.