16:23, 08 Dekabr 2017 (Cümə) 147

Sabiq müstəntiqə hökm oxundu

Sabiq müstəntiqə hökm oxundu
Bakı şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasovun məhkəməsi yekunlaşıb.

Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M.Abbadov 3il sınaq müddəti təyin edilməklə şərti azadlıqdan məhrum edilib.

Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M.Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Ötən ay keçirilən məhkəmə iclasında M. Abbasovun vəkili həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. Vəsatəti təmin olunub və o, azadlığa buraxılıb. Onun barəsində olan həbs qərarı ev dustaqlığı ilə əvəzlənib.
 
Meydan TV