18:32, 24 Aprel 2018 (Çərşənbə axşamı) 145

Sabiq deputat külli miqdarda vergidən yayınmada ittiham edilir

Sabiq deputat külli miqdarda vergidən yayınmada ittiham edilir
Sabiq deputat külli miqdarda vergidən yayınmada ittiham edilir

Türkiyədə aprelin 23-də həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürülüb.

Keçmiş deputat barəsində Cinayət Məcəlləsinin 213.2.2 maddəsi üzrə (külli miqdarda vergidən yayınma) cinayət işi başlanılıb.

"Oğuz Eli” İctimai Birliyinin sədri Hüseyn Abdullayev 2005-ci ildə 25 saylı Nizami II seçki dairəsində Milli Məclisə mandat qazanıb. Ancaq 2007-ci ilin martında Milli Məclisin iclasında hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranıb.

Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alınıb və həbs olunub.

Sonradan o, azadlığa buraxılıb və Almaniyada mühacir həyatı yaşayıb.

H.Abdullayev ötən ilin 13 oktyabrında prezident seçkisində iştirak edəcəyi haqda bəyanat vermişdi.

Sonradan o, seçkiləri boykot etdiyini açıqladı və bildirdi ki, İlham Əliyevin heç bir səbəb göstərmədən seçkiləri oktyabrdan aprel ayına keçirməsi, total və təcili saxtakarlığa hesablanmış bir addımdır.

meydan.tv