16:16, 09 Yanvar 2017 (Bazar ertəsi) 89

Sabah paytaxtın bəzi ərazilərində qaz təhcizatı məhdudlaşdırılacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz təhcizatı məhdudlaşdırılacaq
Sabah saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, aparılan işlərin Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.